
İran hakimiyyəti koronavirusa görə ölkə ərazisində səyahəti qadağan edib.
Bunu İran hakimiyyətinin rəsmi nümayəndəsi Əli Rabii deyib. O, İran prezidentinin bununla bağlı bu gün sərəncam verdiyini və bunun əsasında şəhərlərarası səfərlərin dayandırıldığını bildirib.
Qeyd edək ki, indiyə qədər koronavirusa 25 min nəfər yoluxub, ondan ölənlərin sayı 1934-ə çatıb.