CəmiyyətİranSağlıq & Yaşam

İran Səhiyyə Nazirliyi bu xəstəlik ilə bağlı xəbərdarlıq etdi

İranda məlum olan bütün xəstəliklərin 50 faizi 20-35 yaş arasında şəxslərdə rastlanılır.

Bu sözləri QİÇS və Cinsi Xəstəliklərə Nəzarət İdarəsinin müdiri, həkim Parvin Əfsər Kazeruni Ümumdünya EYDZ (HİV virusu)  ilə Mübarizə Günü ərəfəsində deyib.

“İranda bu günə qədər EYDZ xəstəliyi üçün qeydə alınan ümumi sayı 40,573 nəfər təşkil edir. Yeni statistikalarda xəstələrin sayı son illərdə artmağa davam edir; 2017-ci ildə 36,571, 2018-ci ildə 38,474 nəfər olub. 2012-ci ilin əvvəlində aşkar edilən xəstələrin sayı isə 24,290 nəfər idi. Aşkar edilən xəstələrin 60 faizi narkotik təzriqatdan, 22 faizi yüksək riskli cinsi əlaqədən yoluxub. Müalicə o qədər inkişaf etdirilmişdir ki, indi gündə bir həb ilə İdzin başqalarına keçməsinin qarşısı alına bilər”.

Qeyd edək ki, EYDZ-ə yoluxanların 31 faizi qadın, 69%-i kişilərdir.

Bəzi mütəxəssis və həkimlərin, o cümlədən, EYDZ Araşdırma Mərkəzinin yüksək vəzifəli rəsmilərinin verdiyi statistikaya görə, İranda, 70,000 -100.000 arasında EYDZ xəstəsi var. Lakin bunlardan 60-70%-i təəssüf ki, gizlidir və statistikaya daxil edilməyib.

Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close