Site icon Aznews TV

İran sərhədçisi öldürüldü

Bu barədə Sistan və Bəlucistan əyalətinin Sərhəd Xidməti məlumat yayıb.

Məlumatda iyunun 27-i gecə saatlarında silahlı qruplaşma üzvlərinin hücumu və ölkə ərazisinə daxil olmaq cəhdinin qarşısının alındığı bildirlib.

Qarşıdurma nəticəsində Səravan Sərhəd Alayının 139-cu sərhəd bölməsinin sərhəd zastavasının 16-cı qülləsinin sərhədçiləri arasında silahlı qarşıdurma olduğu və bir sərhədçinin güllələndiyi qeyd edilib.

Hücumçuların terrorçu və quldur adlandırıldığı bəyanatda onların hansı təşkilat və qruplaşmaya bağlı olduqları barədə açıqlamaverilməyib.

Exit mobile version