Site icon Aznews TV

İran Şanxay Əməkdaşlıq Təşkilatına üzv olub

“Biz regionumuzun ümumi və uzunmüddətli maraqlarına əsaslanan xarici siyasətimizi müstəqil şəkildə inkişaf etdirməliyik. Kənardan yeni soyuq müharibəni qızışdırmaq və regionumuzda blok qarşıdurmasını təhrik etmək cəhdlərinə qarşı ayıq-sayıq olmalı, kənardan müdaxilə etmək və istənilən bəhanə ilə rəngli inqilabları ruhlandırmaq cəhdlərinə qəti şəkildə qarşı çıxmalıyıq”, – deyə cənab Cinpin bildirib.

Bu gün Yeni Dehlidə virtual formatda ŞƏT dövlət başçıları Şurasının 23-cü Sammiti keçirilir. İclasdan sonra İran ŞƏT-ə qəbul olunub. Həmçinin, sammit zamanı təşkilata üzv dövlətlər Belarusun təşkilata daxil olması ilə bağlı niyyət memorandumunu rəsmiləşdirəcəklər. Hazırda ŞƏT-ə İrandan başqa səkkiz ölkə daxildir: Rusiya, Hindistan, Qazaxıstan, Qırğızıstan, Çin, Pakistan, Tacikistan və Özbəkistan.

#İran

Exit mobile version