“Namehnews” saytı qərəzli bir şəkildə əhalini Ermənistana səfər edə bilməsi üçün sərfəli yollara toxunaraq yazıb: “Siz də İrəvana uçmağı planlaşdırırsınız? Bilməlisiniz ki, bu gün bir çox komanda və şirkətlər bu xidmətləri göstərməkdə fəaldırlar və öz xidmətlərini iranlı müştərilərə təqdim edirlər”.
Saytda İrəvan şəhərinin turistik bölgələrindən söz açılaraq, bildirilib ki, “İrəvan həmişə ölkədə strateji və mühüm yer kimi tanınıb”.
Qeyd edək ki, Tehrandan İrəvana sərnişin uçuşları yüksək xərc tələb etmir. Bununla da, İran mediası əhalini Ermənistana səfər etməyə təşviq edir.
