Site icon Aznews TV

İran sifətləri ayırdetmə kameralarından istifadə edir

Avqustun 8-də nəşr edilmiş hesabata əsasən, “Bosch” firması yollara və keçidlərə quraşdırılan kameraların İrana satıldığını, lakin bu kameraların sifəti ayırdetmə qabiliyyətinə malik olmadıqlarını bildirib.

Firma, həmçinin 2016-cı ildən 2018-ci ilədək İrana 8 min təhlükəsizlik kamerası satdığını açıqlayıb.

Hestabata istinadən, “Bosch” firması Tehran şəhərindəki Xatəm universitetində görüntülü nəzarət kameralarının operatorluğu barədə təlimlər keçirib, görüntünün analizi və sifətin ayırd edilməsi öyrədilib.

Lakin firma bunları rədd edib və belə təlimlər keçirmədiyini bildirib.

#İran

Exit mobile version