İdmanİran

İran super liqası avqustun 22-də start götürəcək

Aznews.tv xəbər verir ki, İran super liqasının 19-cu turunun avqustun 22-də start götürməsi nəzərdə tutulur. Bu barədə Liga Təşkilatının rəisi Heydər Bəharvənd məlumat verib.

Onun sözlərinə görə, Federasiya prezidenti Mehdi Tacla birgə keçirdikləri iclasda liqa klublarının son durumunu araşdıraraq liqanın 19-cu turunun avqustun 22-də başlaması ilə bağlı qərar qəbul edib.

Qərara əsasən, 19-cu liqanın ilk oyunu Perspolislə Cənubi Pars klubları arasında Azadi stadionunda keçiriləcək.

Oyunların bütün proqramları elan olunmasa da, oyunlar avqustun 22-23-ü arasında bölünəcək.

Liqanın ilk həftəsinin oyunları bunlardan ibarətdir:
Perspolis- Parse Cənubi Cəm
Maşinsazi- İstiqlal
Tiraxtur- Nəfte Məsced Suleyman
Zobb Ahən- Saypa
Qolqohər- Nəssaci
Şahine Buşehr- Sipahan
Fulad- Sənəte Nəfte Abadan
Peykan- Şəhre Xodru

Xatırladaq ki, stadionları hazır olmayan klubların oyunları ya tamaşaçısız ya da tərəfsiz bir vilayətdə keçriləcək.

 

Aznews.tv

Tags
Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close