Zənganda yeni idman evləri istifadəyə verilib. Məsələ ilə bağlı Zəngan Əyaləti İdman və Gənclər Sazmanının baş müdiri Əli Xəlili açıqlama verib. Məlumata görə, ümumilikdə yeni 56 kənd-idman evi istifadəyə verilib. Bununla da əyalətdə fəaliyyət göstərən idman evlərinin sayı 204-ə yükəlib. Onların hər biri dart, pinq-ponq mizi, əl futbolu qurğusu və şahmat seti ilə təchiz olunub.