DünyaSiyasət

ABŞ, uyğurların hüquqlarının pozulması ilə əlaqədar Çin rəsmilərinə viza məhdudiyyəti tətbiq edib

Aznews.tv “Azadlıq radiosu”na istinadən xəbər verir ki, ABŞ Dövlət Departamenti, əsasən müsəlman azlıqların, uyğurların və qazaxların hüquqlarının pozulmasında əli olan Çin hökumətinin dövlət nümayəndələrinə, rəsmilərinə və Kommunist Partiyasına qarşı viza məhdudiyyətləri tətbiq etdiyini bildirib.

ABŞ Dövlət Departamentinin bəyanatı oktyabrın 8-də Vaşinqtonun dini azlıqlara təzyiqlərlə bağlı Çinə qarşı yeni sanksiyalarından və eləcə də Çinin reaksiyasından bir neçə saat sonra yayılıb.

Eyni zamanda, viza məhdudiyyətlərinə Çin rəsmilərinin ailə üzvlərinin də daxil ola biləcəyi deyilir.

ABŞ Çin Xalq Respublikasını ölkənin uzaq qərb bölgələrində yaşayan uyğurlara “həddindən artıq təzyiqlər” göstərməkdə və onların hüquqlarını pozmaqda günahlandırıb.

Uyğurların çoxu Monqolustan, Rusiya Federasiyasının Altay Respublikası, Qırğızıstan, Qazaxıstan, Tacikistan, Əfqanıstan, Pakistan və Hindistanla həmsərhəd olan Çinin qərbindəki Sincan (uyğurca: Şencanq) adlı muxtar bölgədə yaşayır.

Uyğurlar türk dilləri qrupuna daxil olan uyğur dilində danışırlar. Çində ən azı 11 milyon uyğur yaşayır və onların əksəriyyəti İslam dininə sitayiş edir.

ABŞ hökuməti Çin Xalq Respublikasını “əmək düşərgələrində kütləvi həbsdə saxlamaq, onlara qarşı geniş nəzarət və casusluq, milli, mədəni və dini təzyiqlər və vətəndaşların xaricdən qayıtmasına və əsasən təhlükəli taleyə məhkum edilmək” kimi addımlarda günahlandırıb.

 

Aznews.tv

Tags
Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close