İranSiyasət

İran uranın zənginləşdirməsini öz enerji resurslarını inkişaf etdirmək üçün 5% -ə çatdıracaq.

Aznews.tv “Sputnik”ə  istinadən xəbər verir ki, İranın ali dini liderinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Velayatinin sözlərinə görə, “İran avropalı tərəflərin nüvə sazişi üzrə öhdəliklərini yerinə yetirməməsinə cavab olaraq növbəti addımı atmaq niyyətindədir və iyulun 7-dən etibarən uranın zənginləşdirməsinə 5%-dək başlayacaq.

Vilayəti bildirib: “Bu addım nüvə enerjisinin sülh məqsədli inkişaf etdirilməsi istiqamətində atılır. Biz tamamilə dinc məqsədli bi hədəf uğrunda çalışırıq, çünki bizim iqtisadiyyatımızın və sənayemizin elektrik enerjisinə tələbatı var.

Mayın 8-də İran prezidenti Həsən Ruhani bildirmişdi ki, rəsmi Tehran nüvə sazişi proqramı üzrə öz vəzifələrininin bir hissəsini dondurub və nüvə sazişində qalan digər tərəfdaşlara öz öhdəliklərinə əməl etmək üçün iki ay möhlət verib.

 

Aznews.tv

Related Articles

Bir cavab yazın

Back to top button