İqtisadiyyatİran

İran və Avropa arasında ticarət 80% düşüb

İran və Avropa arasında ümumi ticari dəyər keçən ilin ilk altı ayında 10 milyard avrodan cari ilin müvafiq dövründə 2 milyard avroya düşüb.

Aznews.tv xəbər verir ki, İranın Avropa ölkələrinə ixracatının dəyəri 90%-dən çox azalıb. Bu ölkələrə idxalı isə 50% -dən çox enib.

2017-ci ildə İranla Avrupa arasındakı ticarətin dəyəri 22 milyard avronu keçmişdi ki, bu dövr ölkə üçün ən yaxşı dövr hesab edilirdi.

Cari ilin ilk altı ayında İranın 28 Avropa ölkəsinə mal ixracı 430 milyon avroya düşüb. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə azı 93% azalma deməkdir. Ötən ilin birinci yarısında Avropa Birliyi İrandan 6 milyard 100 milyon avro idxal edib.

İranın Türkiyəyə ixracatında da kəskin azalma müşahidə olunub. 2019-cu ilin ilk yeddi ayında İranın Türkiyəyə aylıq ixracatının ortalama dəyəri 403 milyon dollar civarından 103 milyon dollara qədər aşağı düşüb.

Daha çox göstər

Əlaqədar məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button