Site icon Aznews TV

İran və Qarabağ müharibəsi: Təhdidlərin araşdırılması

“Xəbərmohem” saytının iddiasına görə, Azərbaycanın Ermənistana hücumu sentyabrın 13-ü səhər saatlarında baş verib. Hər iki tərəf münaqişənin başlamasında bir-birini ittiham edir, lakin faktlar göstərir ki, ilk başlayan Azərbaycan olub. Əvvəllər iki ay davam edən Qarabağ müharibəsi nəticəsində əldə edilmiş sülh sazişi və 2 min nəfərlik rus qoşunlarının Laçın dəhlizində olması demək olar ki, sabit sülhə gətirib çıxarmışdı. Amma görünən odur ki, Ukraynada müharibənin davam etməsi ilə İlham Əliyev fürsətdən istifadə edib İsrail rejimi və Türkiyənin dəstəyi ilə işi bitirmək istəyir.

Qarabağ İranın şimal-qərb bölgələri ilə birlikdə İranla Çar Rusiyası arasında gedən müharibədə bədnam Gülüstan müqaviləsi əsasında İrandan ayrılan ərazidir. Uzun illərdən sonra Sovet İttifaqının dağılması və iki müstəqil dövlətin yaranması ilə Azərbaycan və Ermənistan Qarabağdan ötrü ardıcıl və qanlı münaqişələrin şahidi olurlar”.

https://bit.ly/3f2ZmlC

Exit mobile version