Site icon Aznews TV

İran və MAQATE arasında keçirilən danışıqlar nəticəsiz başa çatıb

“Reuters” agentliyi xəbər verir ki, bu barədə qurumun baş direktoru Rafael Qrossi bildirib.

Eyni zamanda, o vurğulayıb ki, tərəflər təmasları davam etdirəcək və MAQATE nümayəndələri yaxın həftələrdə İrana səfər edə biləcəklər.

MAQATE hazırda İranda elan olunmamış üç nüvə obyektində uran hissəciklərinin mənşəyini araşdırır. Müfəttişlərə girişin verilməsi tələbi ölkənin nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planının (JCPOA) bərpası üçün əsas şərtlərdən biridir.(Report.az)

Exit mobile version