İranSiyasət

İran və Qətərin Xarici İşlər nazirləri görüş keçirdi

Qətərin paytaxtı Dohada işgüzar səfərdə olan İran Xarici İşlər naziri Zərif ilə qətərli həmkarı Məhəmməd bin Əbdürrəhman Ali Sani arasında görüş baş tutub.

Aznews.tv “Mehr” xəbər agentliyinə istinadən xəbər verir ki, görüşdə ikitərəfli əlaqələr, onun gücləndirilməsi və inkişafı müzakirə edilib.

Həmçinin, hər iki tərəf üçün əhəmiyyətli olan başqa məsələlər Zərif ilə Məhəmməd bin Əbdürrəhman Ali Sani arasında müzakirə mövzusu olub.

Qeyd edək ki, 2017-ci ilin iyun ayından etibarən Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirliyi, Bəhreyn və Misir birləşərək Qətərə qarşı blokada və sanksiya tətbiq etmək qərarına gəlib. Həmin andan etibarən Türkiyə və İran əlaqələrini bu ölkə ilə əlaqələri gücləndirib. İran rəsmiləri ilə Qətər rəsmiləri arasında ara-sıra telefon danışıqları olub. Zərifin belə vaxtda Qətərə getməsi heç də yersiz deyil, çünki ABŞ ilə İran arasında gərginlik pik həddinə çatsa da, hər iki ölkə müharibənin baş verməyəcəyi barədə bəyanat yayıblar. Bu bir qədər Səudiyyə Ərəbistanı və BƏƏ mövqeyini zəiflədib.

Related Articles

Bir cavab yazın

Back to top button