Site icon Aznews TV

İran vətəndaşları arasında immiqrasiya istəyi artıb

İran Prezidentinin Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Məhəmmədsadiq Xəyyatiyan bəyan edib ki, bu ölkənin bəzi sosial qruplarında mühacirət etmək istəyi 40%-dən çoxa çatıb.

“Bu hesabata əsasən, universitet professorları və tədqiqatçılarının 53%-i, həkim və tibb bacılarının 45%-i, biznes fəallarının 43%-i, tələbələr və universitet məzunlarının 40%-i İrandan mühacirət etmək istəyir”-deyə, o “Mədara” saytına müsahibəsində bildirib.

Xəyyatiyan sosial media təbliğatının ölkədən istedadlı şəxslərinmühacirət etməsində böyük rol oynadığını və bunun qarşısının alınması üçün planlar hazırlanıldığını iddia edib.

Exit mobile version