DünyaİranSiyasət

İran xalqına dəstək üçün senata qanun layihəsi təqdim ediləcək

ABŞ Senatı “Tehran rejimi qarşısında İran xalqını dəstək” qanunun ilkin layihəsinin təqdimi irəli sürülüb.

Bununla bağlı ABŞ-ın respublikaçı senatoru Linsey Qraham Tvitterdə paylaşım edib. O, bu partiyanın bir sıra qanunvericilik məsələləri ilə məşğul olan qrupla birlikdə “qatil rejimin” qarşısında İran xalqının mübarizəsinə dəstək məqsədi ilə belə layihənin senata təqdim ediləcəyini bildirib.

“Bu gün Marta Marksalik, senator Lank Ford, Marko Rubio, Coni Ernit, Ted Kruz və Mit Ramni ilə yığışdıq ki, ABŞ senatının azadlıq tələb edən  İran xalqının yanında dayandığını aydıncasına elan edək. Arzu edirəm ki, Senatın üzvlərinin hamısı bizim bu təşəbbüsümüzə qoşularaq, qatil rejmlərinin əlindən yaxalarını qurtarmaq istəyən  İran xalqı ilə əlaqədar mövqeyimiz bütün dünyaya bildirilsin”, – o yazıb.

Qeyd edək ki, Ukrayna sərnişin təyyarəsinin vurulması və bunun xalqdan gizlədilməsindən sonra Tehran da daxil olmaqla İranın bəzi şəhərlərində geniş nümayişlər başlamışdır.

İranlı aksiyaçılar müxtəlif şüarlar səsləndirərək İrana hakim sistemə bütünlüklə qarşı olduqlarını bildirməklə yanaşı “rejimin süqutunu” və Əli Xameneinin istefasını  tələb etmişlər.

Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close