Site icon Aznews TV

İran xarici işlər vəzirinin müavini Azərbaycana gedir

“Aznews tv” xəbər verir ki, Azərbaycan Respublikasının İrandakı səfiri Əli Əlizadə jurnalistlərə bildirib ki, bu həftə İran xarici işlər vəzirinin iqtisadi məsələlər üzrə müavini Mehdi Səfəri Azərbaycana səfər edəcək.

Əlizadənin sözlərinə görə, Azərbaycan İranla əlaqələrə xüsusi önəm verir. O, gələn ay ikitərəfli görüşlərin keçiriləcəyini də açıqlayıb.

Səfir habelə qeyd edib ki, Azərbaycanın baş vəzirinin müavini Şahin Mustafayev gələn ay İrana səfər edəcək. Bundan əlavə, may ayında Bakıda İƏT parlament nümayəndə heyətinin görüşü keçiriləcək. İclasa İƏT-ə üzv ölkələrin parlament sədrləri dəvət olunub. İclasda İranın parlament sədrinin və parlament nümayəndə heyətinin iştirakı gözlənilir

Exit mobile version