
“Aznews tv”xəbər verir ki, görüş zamanı hər iki tərəf Rusiyanın Ukraynaya hərbi müdaxiləsini, habelə Vyanada nüvə anlaşmasının canlandırılmasına dair danışıqları müzakirə edəcəklər.
İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə də dünənki açıqlamasında təsdiqləyib ki, Əmir Abdullahian və Rusiya rəsmiləri arasında danışıqların əsas mövzusu Vyana danışıqları və Ukraynadakı hadisələr olacaq.
Xatırladaq ki, Vyana müzakirələrinin son mərhələsində Rusiya yeni tələblər irəli sürüb. Belə ki, Rusiya rəsmiləri sanksilayara rəğmən, İranla rahat bir şəkildə ticarət mübadiləsinı davam etdirmək istəsə də, Vaşinqton bu tələbləri mənasız və əlaqəsiz adlandırıb.