
“ANT” xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani bildirib
“Həsən Nəsrullah tərəfindən müəyyən edilmiş hərəkət istiqaməti dəyişməyəcək. Onun qarşıya qoyduğu vəzifələr yerinə yetiriləcək”, – o bildirib.
Xatırladaq ki, daha əvvəl İsrail Müdafiə Ordusu Nəsrullahın ölümü ilə bağlı məlumat yayıb. Daha sonra təşkilat, lideri Həsən Nəsrullahın ölümünü təsdiqləyib.