İran

İranda torpaq çərşənbəsi mərasimlərində 9 nəfər həyatını itirib

İranda torpaq çərşənbəsi ilə bağlı keçirilən mərasimlər zamanı 9 nəfər ölüb, daha 1894 nəfər yaralanıb. Bu barədə İranın Təcili Yardım İdarəsi Urjansının sözçüsü bilgi verib. Müctaba Xalidinin sözlərinə görə, keçən il bu rəqəm 1468-ə bərabər olub. Məlumata görə, bu il 527 nəfər göz zədəsi alıb, 131 nəfər müxtəlif bədən üzvlərini itirib. 546 nəfər isə orta və ağır dərəcəli yanıq xəsarətləri alıb. Bu il yaralananların yüzdə 18-i qadınlardan, yüzdə 82-si isə kişilərdən ibarət olub. Ən çox yaralanma faktı 533 nəfərlə Tehran, 185 nəfərlə Təbriz, 140 nəfərlə Kirmanşahda qeydə alınıb.

Related Articles

Bir cavab yazın

Back to top button