İqtisadiyyatİran

İran yenidən buğda idxalçısı oldu

İran qadağalara baxmayaraq, son həftələrdə 1 milyon ton buğda alıb. Bu ilin sonuna qədər daha iki milyon ton buğda varid etməyi nəzərdə tutur.

Bu barədə ticarət mənbələrinə istinadən Röyters məlumat yayıb.

Məlumata görə, İran  buğda istehsalında özünü təmin edərək heç bir idxal etməməsi gözlənilirdi. Ancaq hesabatlar dövlət tərəfindən həm buğda istehsalının, həm də buğdanın əkinçilərdən alınmasının kəskin azaldığını göstərir.

Keçmiş əkinçilik naziri Mahmud Hoccəti Tehran Ticarət Otağının nümayəndə heyəti ilə keçirdiyi iclasında bildirib ki, bu il buğda istehsalının artmasına baxmayaraq, ölkəyə lazım olan buğda əkinçilərdən alına bilməyib:

“Bəzi əkinçilər bizə buğda satmadılar. Buna görə daxili tarazlığı təmin etmək üçün buğda idxal etməliyik”.

Qeyd edək ki, dövlət bu il əkinçilərdən buğdanı 2 min tümənə almağa razılıq vermişdi. Amma hesabatlara görə, buğdanın alış qiyməti 1700 hesablanıb.

Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close