Site icon Aznews TV

İran Yol Polisi İdarəsinin rəisi: Bilmirəm maşın istehsalçıları avtomobilə benzin qutusu qoyurlar yoxsa partlayıcı maddə?

“Aznews tv” xəbər verir ki, o, İran istehsalı olan avtomobillərin qəza anında tez alışması barədə deyib: “Mən bilmirəm İranda maşın istehsalçıları avtomobilə benzin qutusu qoyurlar yoxsa TNT (kimyəvi partlayıcı maddə)?”.

Polis rəisi sonda qeyd edib ki, onda İran avtomobil şirkətlərinin istehsal etdiyi maşınlara dair 11 illik hesabat var və əgər o, bu hesabatı dərc etsə, istehsalçılar problemlə üzləşəcəklər.

Xatırladaq ki, İran istehsalı olan maşınlar hadisə anında ya tez alışır və partlayışla nəticələnir ya da tez parçalanır. Bu isə hadisə zamanı çox sayda insan ölümləri ilə nəticələnir. Təkcə Novruz bayramı öncəsi keçən cəmi 6-7 gün ərzində İranda baş verən nəqliyyat hadisələrində 322 nəfər həyatını itirib.

Exit mobile version