Azərbaycanİran

İranda öldürülən etirazçı sayı 201 nəfərə çatıb

İran İnsan Haqları Təşkilatı oktyabrın 13-də yaydığı məlumatda son 25 gündə baş verən etiraz aksiyalarında hökumət qüvvələri tərəfindən öldürülən və kimliyi təsdiq olunan ölü sayının 201 nəfər olduğunu açıqlayıb.

Təşkilatın sədri Mahmud Əmiri Müqəddəm məsələ ilə bağlı açıqlamasında etiraz aksiyaları keçirməyin vətəndaşların qanuni hüququ olduğunu deyib və hökumətin repressiyalarını pisləyib.

O, xüsusilə Sistan-Bəluçistan əyalətində ölü sayının daha çox olduğunu deyib və hökumətin yeni repressiv addımları barədə xəbərdarlıq edib.

Xatırladaq ki, insan haqları təşkilatının açıqladığı hesabatda İranın 17 əyalətində onlarla insan öldürülsə də, ən çox insan itkisi Sistan-Bəluçistan, Mazandaran, Gilan, Kürdüstan və Qərbi Azərbaycan əyalətlərində qeydə alınıb.

Təşkilatın məlumatında Sistan-Bəluçistan əyalətində 93, Mazandaran əyalətində 28 nəfər, Gilan 12, Qərbi Azərbaycan 12, Kürdüstan 14, Kermanşah 7, Tehran 11, Kirman 8, Əlborz 5, Xorasan-e Rəzəvi 3, Kohgiluye və Boyerəhməd 2, İsfahan 3, Zəngan 2, Qəzvin 2, Şərqi Azərbaycan 2, Semnan 1, Xuzistan 1, İlam 1 və Buşehrdə 1 nəfərin güllələnərək öldürüldüyünü bildirilib.

Ağır yaralı sayının çox olduğuna görə, ölü sayının artacağı ehtimal edilir.

Related Articles

Bir cavab yazın

Back to top button