Site icon Aznews TV

İran Zəngəzur dəhlizinin açılmasından narahatdır: “Bu, İran və Ermənistanın sərhədlərini həmişəlik kəsəcək”

“Əgər Zənzəgur dəhlizi reallığa çevrilsə, Azərbaycan Naxçıvana Ermənistanın Sünik (Zəngəzur) vilayətindən, heç bir erməni nəzarət-buraxılış məntəqəsindən keçmədən sərbəst çıxış əldə edəcək. Bu İran-Ermənistan sərhədini həmişəlik kəsəcək”, – bu barədə İranın “Jamaran” nəşrində bildirilib.

Məqalədə Naxçıvan Azərbaycanın “Axilles dabanı” kimi göstərilir. Naxçıvan vasitəsilə Türkiyə ilə əlaqələrin Azərbaycan üçün önəmi vurğulanır:

“Bu gün İran 15 ölkə ilə qonşudur. Əgər Azərbaycandan Naxçıvana keçid açılsa, o zaman İranın geosiyasəti, eləcə də Qafqaz regionunda milli maraqları əsaslı dəyişikliklərin qurbanına çevriləcək və İranın Ermənistan vasitəsilə Avropaya quru yolla çıxışı həmişəlik bağlanacaq”.

Exit mobile version