Site icon Aznews TV

İran zindanlarında rəzalət: Çirkab suları qadınların saxlanıldığı kameralara buraxılır

Nərgiz Məhəmmədi Aliyə Mətləbzadə ilə birgə 3 gündür tullantı və kanalizasiya sularının qadınların saxlanıldığı zindana buraxıldığını, ağır gigiyenik böhranın yaşandığını və zindan məmurlarının buna əhəmiyət vermədiklərini qeyd ediblər.

“Neçə gündür tullantı və kanalizasiya sularının zindanın bölmələrinə axıdılması, dözülməz səhralıq istisi və daimi təhlükəli kimyəvi çirkləndiricilərin artması 1000-dən çox qadın məhbusun saxlanıldığı zindanı işgəncə düşərgəsinə çevirib”, -deyə məktubda bildirilib.

Məktubda zəhərli və çirkli hava səbəbindən çox sayda məhbusun müxtəlif xəstəliklərə yoluxduğu, məhkumların özəlliklə tənəffüs problemi yaşadığı vurğulanıb.

Sözügedən hüquq müdafiəçiləri hökumətin qida, içməli su, havalandırma, gigiyenik imkanlar və s. çatışmazlıqların olduğu “Qərçək” zindanında saxlanılan məhbusları bilərəkdən sarsıtmağa çalışdığını deyiblər.

Qeyd edək ki, “Qərçək” həbsxanası İranda ən qorxulu və çətin şəraitə malik zindanlardan biri olduğu üçün mədəni və siyasi fəallar arasında “işgəncə mərkəzi” adlandırılır.

Exit mobile version