İran

İranda rüşvətxorluq geniş yayılıb

İran Məclisinin 90-cı Əsli üzrə Komisionunun rəisi Nəsrulla Pejmanfər Məşhəddə keçirilən mətbuat konfransında iştirak edib. O, çıxışı zamanı ölkədə rüşvətxorluğun geniş yayılmasına səbəb kimi varidatın adı altında mali fəsad fəaliyyətlərinin icra edildiyini bildirib.
“Ölkə daxilində hər hansı məhsulun tolid edilməsi imkanı olduğu halda bu yöndə müxtəlif maneələr yaradılır. Nəticədə həmin məhsulun varidatı prosesində hərc-mərcliklərə rast gəlinir”, – deyə Nəsrulla Pejmanfər vurğulayıb.
İranın İslami Şura Məclisi İqtisadi Komisionunun üzvü Məhəmməd Safayi də məsələyə münasibət bildirib. Onun sözlərinə görə, İslami Şura Məclisi hətta təməl ərzağın varidatı üçün belə 4 200 tümənlik ərz ayırmağa qarşıdır.
Məhəmməd Safayi qeyd edib ki, bu qiymətdə ərzə nəzarət çətindir və nəzarət olunması üçün yüksək xərc tələb olunur. “Nəticədə rüşvətxorlar üçün əlverişli imkanlar yaranır ki, bu da qəbuledilməzdir”, – deyə o, bildirib.

Related Articles

Bir cavab yazın

Back to top button