Dünyaİran

Birbaşa atəş açılması ilə azı 138 nəfərin göz xəsarəti aldığı müəyyən edilib

İranın İnsan Haqları Təşkilatı hakimiyyətə qarşı ötən ildən başlanmış etirazlarda hökumət məmurlarının birbaşa atəş açmaları ilə azı 138 nəfərin göz xəsarəti aldığını bildirib.

Təşkilat öz hesabatında bildirib ki, rejimin basqı qüvvələri etirazlarda iştirak edən qadınların üzünə və gözlərinə “planlaşdırılmış və məqsədli” olaraq qəsdən atəş açıblar.

Onlara metal və ya plastik saçma mərmiləri ilə atəş açılaraq 1 göz və bəzi hallarda hər 2 gözlərinə xəsarət yetirilib.

9 halda “Paintball” boyası vurulmaqla, həmçinin 5 halda gözyaşardıcı mərmilərin üzə birbaşa dəyməsi ilə etirazlarda iştirak etmiş qadınlara göz xəsarəti törədilib.

Xəsarət almış daha bir şəxsin gözü isə hökumət məmurlarının beşbarmaqla zərbələrindən sonra kor olub.

#İran

Related Articles

Bir cavab yazın

Back to top button