Elm & Texnologiyaİran

“İrana Ədalət” Təşkilatından farsca Vikipediyada “senzura və qərəzli müdaxilə”yə görə tənqid

Aznews.tv “Azadlıq radiosu”na istinadən xəbər verir ki, “İrana Ədalət” təşkilatı “farsca Vikipediya” ilə bağlı araşdırmaq aparmaq məqsədilə ümumi çağırışa səsləyən bəyanat yayıb.

Təşkilat araşdırmanın yekun məqsədinin İslam Respublikası hökümətinin farsca Vikipediyanın məzmununa “qərəzli müdaxiləsi”nin və istehsal olunan məzmunun senzurasının qarşısını almaq olduğunu bildirib.

Bu tələb farsca Vikipediyada “müstəqillik və obyektivlik” olmaması ilə bağlı xəbərlərin yayılmasından sonra irəli sürülüb.

“İrana Ədalət” təşkilatı “farsca Vikipediyanın redaktorları və xüsusi istifadəçiləri” tərəfindən həyata keçirildiyi iddia edilən “senzura və qərəzli müdaxilə” hallarını “araşdırdığını və sənədləşdirildiyini” bildirib.

“İran rəsmilərinin Vikipediya səhifələrinə əlavə edilmiş məlumatların silinməsi” və “dövlət səviyyəsində zorakılığı adiləşdirən və hakimiyyətin təbliğatını təşviq edən məlumatlarla bağlı fəaliyyətsizlik” İrana Ədalət təşkilatının “senzura və qərəzli müdaxilə” adlandırdığı hallar arasında göstərilib.

Təşkilat açıqlamasında yazıb ki, “Faktların məhdudlaşdırılması, silinməsi və dəyişdirilməsi və ardından yalan məlumatların əlavə edilməsi, İslam Respublikasının maraqlarına xidmət etmək və bu hökumətin rəsmi versiyasını təbliğ etməkdir”.

“İrana Ədalət” təşkilatı habelə Vikipediyaya “öz qaydalarında və siyasətində daha çox şəffaflığı təmin etməsi”ni və “hökumətin senzurasını müəyyənləşdirmək, müdaxilə etmək və qarşısını almaq” üçün “qərəzsiz monitorinq qrupları” yaratmağı təklif edib.

 

Aznews.tv

Tags
Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close