
Aznews.tv “Azadlıq” radiosuna istinadən xəbər verir ki, ABŞ Maliyyə Nazirliyi bu ölkənin ağır nəqliyyat vasitələrinin istehsalçısı olan Paccar şirkətini onun bir törəmə şirkəti tərəfindən İran sanksiyalarını pozduğu üçün 1 milyon 710 min dollar cərimə edib.
Nazirliyin saytının məlumatına görə, şirkət Məhkəmə prosesinin dayandırılması müqabilində 1.709.325 milyon dollar cərimə ödəməyə razı olub.
ABŞ Maliyyə Nazirliyinin bildirdiyinə görə, ABŞ şirkətinin törəmə şirkəti olan Hollandiyanın Daf şirkəti Avropalı müştərilərinə 63 yük maşını satıb ki, ABŞ rəsmilərinin sözlərinə görə, son təyinatı İran olub.
Bu yük maşınlarının satışı 2013-2015-ci illərdə baş tutub.
Aznews.tv