DünyaİranSiyasət

İrana qarşı hərbi plan hazırlayan Şanahandan açıqlama

“ABŞ İranla savaşmağa hazırlaşmır.” – bunu jurnalistlərə açıqlamasında ABŞ Müdafiə nazirinin səlahiyyətlərinin müvəqqəti icraçısı Patrik Şanahan deyib. O, ABŞ-ın Yaxın Şərqdə öz maraqlarını qoruyacağını deyib:

“Söhbət müharibədən getmir. Biz savaşmağa hazırlaşmırıq. Söhbət bizim Yaxın Şərqdəki maraqlarımızın müdafiəsindən gedir”.

Qeyd edək ki, bir müddət əvvəl Şanahanın İranın nüvə silahı hazırlanması prosesini sürətləndirəcəyi və ya ABŞ obyektlərinə hücum edəcəyi ehtimalına qarşı Yaxın Şərqə 120 minə qədər hərbçinin göndərilməsini özündə ehtiva edən hərbi plan təqdim etdiyi haqda xəbər yayılmışdı.

Aznews.tv

Related Articles

Bir cavab yazın

Back to top button