Site icon Aznews TV

İranda əfqanistanlı sosial medi fəalı həbs edilib

Bu haqda əfqanistanlı hüquq müdafiəçiləri məlumat yayıb.

Məlumata görə, Tehran Universitetinin sosiologiya üzrə tələbəsi olan Qohəri, iyulun 6-da Əfqanistanla sərhəd Taybad bölgəsində saxlanılsa da, onun həbs edildiyi iyulun 15-də təsdiq olunub.

“Həm də sosial media fəalı olan Sara Qohəri, İran hökumətinin əfqanistanlı qaçqınlara qarşı qəddar münasibəti barədəki paylaşımlarına görə saxlanılıb”,- hüquq müdafiəçiləri bildirib.

Qeyd edək ki, cari ildə 1 milyon 200 min əfqanistanlı qaçqın İrandan qovulub, İran-İsrail qarşıdurmasından sonra isə onların deportasiyası dahada sürətlənib.

Exit mobile version