Site icon Aznews TV

İranda 2021-ci ildə repressiya və insan hüquqlarının pozulması davam edib

“Aznews tv” xəbər verir ki, İranda 1400-cü il də (miladi-2021) ötən 40 ildə olduğu kimi insan haqlarının kobud şəkildə pozulması ilə yadda qalıb. Lakin, bu il insan haqlarının pozulması və basqıların miqyası daha da artıb.

2021-ci ildə İranın Xuzestan, İsfahan, Sistan və Bəluçestan və digər bölgələrində etirazların yatırılması yeni forma alıb və vətəndaş cəmiyyəti fəallarının həbsləri, uşaqların edamı, onların ailələrinə təzyiqlərin göstərilməsi davam edib.

Xarici vaksinlərin idxalına qoyulan qadağa ölkədə yüz minlərlə insanın və korona xəstəsinin ölümünə səbəb olub. Bundan əlavə, qadınlara qarşı məhdudiyyətlərin artırılması, etirazların repressiv şəkildə yatırılması və s. İranda insan haqlarının pozulmasının digər nümunələridir.

Exit mobile version