İran

İsfahanda evsiz insanlar kanalizasiya borularında yaşayırlar

İranın İsfahan şəhərində evsiz qalan insanlar köhnə beton kanalizasiya borularında məskunlaşıblar.

Bu barədə İranın nüfuzlu “Şərq” qəzetinin jurnalistinin həmin yerdən hazırladığı xəbərdə məlumat verilir.

Qeyd etmək lazımdır ki, İranın keçmiş ali rəhbəri Ruhullah Xomeyni inqilabdan sonra hakimiyyətə gələndə vətəndaşlara pulsuz işıq və qaz veriləcəyini vəd etmişdi.

Lakin ötən illər ərzində nəinki bu baş vermədi, əksinə insanların böyük əksəriyyəti yoxsulluq səbəbindən evlərini itirərək mağaralarda, binaların damında, küçələrdə, kanalizasiya borularında, qəbiristanlıqlarda və küçələrdə yaşamağa məcbur qalıblar.

Related Articles

Bir cavab yazın

Back to top button