CəmiyyətİranSiyasət

İranda 25 jurnalist Ekologiya Təşkilatının jurnalistlərə qarşı davranışlarına etiraz ediblər

Aznews.tv “Azadlıq” radiosuna istinadən xəbər verir ki, Həsən Ruhani hökumətinə göndərdiyi məktubda İranda 25 ətraf mühit üzrə jurnalist İsa Kələntərinin rəhbərliyi altında Ətraf Mühitin Mühafizəsi Təşkilatının fəaliyyətini tənqid edib.

Jurnalistlərin Ruhani hökumətinin sözcüsü Əli Rəbiiyə ünvanladıqları məktubda Ətraf Mühitin Qorunması Təşkilatının, xüsusilə ictimaiyyətlə əlaqələr və media əlaqələri sahəsində fəaliyyətləri ciddi tənqidlərə məruz qalıb.

Sözügedən 25 müxbir Ətraf Mühitin Mühafizəsi Təşkilatının ictimaiyyətlə əlaqələr şöbəsinin müxbirlərin təyinatına müdaxilə etdiyini, eləcədə bəzi müxbirlərin məlumat qruplarından kənarlaşdırıldığını qeyd edib.

Məlumata görə, Ətraf Mühitin Mühafizəsi Təşkilatının İctimaiyyətlə Əlaqələr Şöbəsi bu yaxınlarda bu sahədə bir sıra tanınmış müxbirləri sözgügedən Təşkilatın virtual planlaşdırma qrupundan uzaqlaşdırıb və etirazlara cavab olaraq tənqidçi jurnalistləri “müxalifət” və “anti-dövlət və hökumət” adlandırıb.

Bu məktubu imzalayanlardan bəziləri bunlardır: Cavad Heydəraryan, Mojqan Cəmşidi, Sədra Muhəqqiq, Fatimə Babaxani, Məhtab Codəki, Nilufər Mənsuri və Keyvan Huşmənd.

Ətraf Mühitin Mühafizəsi Təşkilatı və eləcə də Həsən Ruhani hökumətinin sözçüsü hələlik məktubu cavablandırmayıb.

 

Aznews.tv

Related Articles

Bir cavab yazın

Back to top button