
Bu barədə İran Səhiyyə Nazirliyi məlumat yayıb.
Virusa yoluxanların 254 nəfəri Sistan və Bəluçistan əyalətinin Çabahar rayonunda qeydə alınıb.
Bildirilib ki, xəstəlik Aedes ağcaqanadının sancması nəticəsində yaranır və onun simptomları yüksək qızdırma, baş ağrısı, oynaqların sərtləşməsi, burun və diş ətindən yüngül qanaxma, aşağı təzyiqdir.
Məlumata görə, Aedes ağcaqanadı Hörmüzqan, Buşehr, fars, Gilan, Mazandaran, Ərdəbil və Qərbi Azərbaycan əyalətlərində də göründüyunə görə, həmin əyalətlərdə də virusun yayılma ehtimalı yüksəkdir.