Site icon Aznews TV

İranda 419 etirazçı öldürülüb

İran İnsan Haqları Təşkilatının noyabrın 21-i səəhər satlarına yaydığı məlumatda 17 sentyabrdan 20 noyabr axşam saatlarına kimi İranda davam edən etiraz nümayişlərində 60-ı uşaq olmaqla 419 nəfərin hökumət məmurları tərəfindən öldürüldüyünü bildirib.

Bununla yanaşı məlumatda 17451 nəfərin saxlanıldığı, onlardan 3024-nün kimliyi və harada saxlanıldığının dəqiqləşdirildiyi və bunlardan 540 nəfərinin öyrənci olduğu qeyd edilib.

Həmçinin bu müddət ərzində 155 şəhərdə etirazçılar İranın idarəetmə sisteminə qarşı nümayişlər həyata keçirib və 142 universitetin öyrənciləri bu nümayişləri dəstəkləyiblər.

Exit mobile version