Site icon Aznews TV

İranda 6 məhkum edam edilib

Məlumatda avqustun 18-də Yəzd zindanında 5 nəfərin Əmir Şəhiki, Seyid Abbas Musəvi, Həmid Naruyi, Xudarəhim Naruyi və Səid Keşaninin dar ağacından asılaraq öldürüldükləri qeyd olunub.

Bununla yanaşı avqustun 17-də Cənubi Xorasan əyalətinin Bircənd şəhərinin zindanında Məhiyəddin Daməni adlı məhkum narkotik maddələrin alverində ittiham olunduğu üçün edam edilib.

Edam edilənlərdən dördü İranda yaşayan sünni məzhəbli etnik bəluçlardırlar.

İran məhkəmə sistemi və rəsmi mediası edamlar barədə heç bir məlumat verməyib.

Exit mobile version