Site icon Aznews TV

İranda Azərbaycan səfirliyinə hücumda ittiham olunanların məhkəməsi başlayır

Bu barədə Tehranın Ümumi və İnqilab Məhkəməsinin prokuroru Əli Salehi bildirib.

Prokuror qeyd edib ki, Azərbaycan Respublikasının Tehrandakı səfirliyinə hücum edən şəxslərin cinayət işi kifayət qədər operativ və dəqiqliklə aparılıb. Əli Salehinin sözlərinə görə, bu işlə bağlı digər şübhəli məqamlar da mövcuddur.

Salehi onu da bildirib ki, iş üzrə iki ölkə arasında məhkəmə əməkdaşlığı prosesin sonuna qədər davam edəcək və təqsirləndirilən şəxslərə ədalətli hökm çıxarılacaq.

Exit mobile version