Cəmiyyətİran

İranda azı 50 əfqan koronavirusdan ölüb

İranda azı 50 əfqan koronavirusa yoluxaraq həyatını itirib. 

Bu barədə Əfqanıstanın Tehrandakı səfirliyinin mühacirət üzrə məsulu İbrahim Hecazi məlumat verib. Onun sözlərinə görə, İranda ölən əfqanların sayı müxtəlif vilayətlərdə olan yaxınları tərəfindən Əfqanıstanın Tehrandakı səfirliyinə bildirilib:

“Dəqiq, rəsmi və əsaslandırılmış sənədlər əldə etməyincə bu rəqəmi təsdiqlənmir. Müraciətlərimizə baxmayaraq, İran Səhiyyə Nazirliyinin rəsmiləri İranda yaşayan və virusa yoluxan, eləcə də ölən əfqanların sayı barədə rəsmi statistika verməyib. Digər tərəfdən, İrandan hər gün 15 minə yaxın əfqanın ölkələrinə qayıtması Əfqanıstanda koronavirusun yayılması ilə bağlı narahatlığa səbəb olub”.

Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close