Site icon Aznews TV

İranda bəluc jurnalist həbs edilib

Bu barədə Beynəlxalq Jurnalistlər Federasiyası məlumat yayıb.

Jurnalistə qarşı “yalan məlumat yaymaq və böhtan” ittihamı irəli sürülüb.

Abidi bundan əvvəl hakimiyyətin Sistan və Bəlucistan əyalətinə qarşı ayrı-seçkilik siyasətlərini tənqid edib. yerli məmurların korrupsiya faktlarını ifşa etmişdi.

Beynəlxalq Jurnalistlər Federasiyasının Yaxın Şərq və Şimali Afrika bölməsinin rəhbəri Şərif Mənsur yaydığı bəyanatda Tehran hökumətini Sultanəli Abidini sərbəst buraxmağa çağırıb.

Qeyd edək ki, son bir ildə 100-ə yaxın jurnalist həbs edilib. Onlardan bəziləri girov qarşılığında sərbəst buraxılıb, çoxu isə müxtəlif ittihamlara görə həbsxanalara göndərilib.

Exit mobile version