
Bu barədə hüquq müdafiəçiləri məlumat yayıb.
Onun kiber polis tərəfindən idarəyə çağırılmasından sonra Masal prokurorunun şikayəti əsasında həbs edildiyi bildirilib.
Jurnalistin mənzilində axtarış aparılıb, ona məxsus mobil telefon və komputerlər müsadirə edilib.
Tənqidi yazılar dərc etdiyinə görə saxlanılan Səccad Rüstəmzadənin hara aparıldığı barədə məlumat verilməyib.
Qeyd edək ki, Beynəlxalq Jurnalistlər Federasiyasının yaydığı hesabata görə, son bir il ərzində İranda 100 jurnalist həbs edilib.