Cəmiyyətİran

İranda baş verən ən ağır iğtişaşlarda azı 180 nəfər ölüb

İranda son 40 ildə baş verən ən ağır iğtişaşlarda azı 180 nəfər ölüb.

Bu barədə “Nyu-York Tayms” qəzeti məlumat yayıb.

Beynəlxalq Əfv Təşkilatı noyabrın 29-u ölənlərin sayının 161 nəfərə çatdığını, ancaq ölənlərin həqiqi sayının daha çox ola biləcəyini artırıb.

“Nyu York Tayms” qəzeti də ölənlərin həqiqi sayının bundan yüzlərlə çox ola biləcəyini yazıb.

“Etirazların başladığı vaxtdan 72 saat ərzində, qəzəbli etirazçılar böyük və kiçik şəhərlərdə mitinqlər keçirərək İslam respublikası rejiminin və onun liderlərinin devrilməsini istəyiblər. Şahidlərin sözlərinə və yayılan videolara əsasən, bir çox yerlərdə təhlükəsizlik qüvvələri etirazçılara, əsasən, 19-26 yaşa qədər olan işsiz və ya azgəlirli gənclərə güllə ataraq, etirazlara cavab verib. Şahid və tibb işçilərinin bildirdiyinə görə, təkcə ölkənin cənub-qərbindəki Məşər şəhərində SEPAH üzvləri 40-100 arası etirazçını, əsasən silahsız cavanları güllələyərək öldürüblər”, – qəzet yazıb.

Qeyd edək ki, İranda geniş etirazlar iki həftə qabaq benzinin qiymətinin qəfildən və kəskin artmasından sonra başlayıb.

Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close