Dünya

Çin XİN rəhbəri Rusiyaya səfər edib

Çin xarici işlər naziri Van İnin Rusiyaya dörd günlük səfəri başlayıb.

Səfərin məqsədinin iki ölkə arasında siyasi anlaşmanın dərinləşdirilməsi, həmçinin Rusiya Prezidenti Vladimir Putinin oktyabrda Çinin paytaxtı Pekinə səfər edərək, üçüncü “Bir Kəmər, Bir Yol” Forumununda iştirakına hazırlıqların görülməsi olduğu bildirilib.

Çin Xarici İşlər Nazirliyinin bəyanatına görə, Van İn  təhlükəsizlik danışıqları ilə əlaqədar Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevlə görüşəcək.

Diplomatın eyni zamanda, Rusiyanın XİN başçısı Sergey Lavrovla da bir sıra məsələləri müzakirə edəcəyi bildirilib.

Related Articles

Bir cavab yazın

Back to top button