Site icon Aznews TV

İranda bir ailənin bütün üzvləri intihar ediblər

Ailənin yaxınlarına istinadən bildirilir ki, yoxsulluq ucbatından ana özünü və 3 övladını zəhərləyərək öldürüb.

Qeyd edək ki, xüsusilə son illər İranda intiharların sayı kəskin artıb və bu, bütün yaş qruplarına mənsub vətəndaşlar arasında özünü göstərir.

Məişət problemləri ilə yanaşı, intiharların sayının artmasında fərdi azadlıqların məhdudluğu, gələcəyə ümidsizlik və depressiv problemlərin çoxalması əhəmiyyətli dərəcədə rol oynayır.

Bir müddət bundan öncə İran Səhiyyə Nazirliyi və müstəqil psixoloqlar İran vətəndaşlarının ortalama  25-30%-də psixoloji problemlərin olduğunu bildiriblər.

#Iran

Exit mobile version