Site icon Aznews TV

İranda bodibildinq məşğul olan qadınlar cəzalandırılacaq

İanın Bodibildinq və Bədən tərbiyəsi Federasiyasının prezidenti Əbdülmehdi Nəsirzadə bodibildinqlə məşğul olan qadınlara qarşı cinayət işi açılacağı barədə xəbərdarlıq edib.

O, İranda qadınların bodybuildinglə məşğul olmasının qadağa olduğunu deyib və buna riayət etməyənlərə qarşı sərt cəza tədbirlərinin tətbiq ediləcəyini söyləyib.

Qeyd edək i,, İranın İdman və Gənclər Nazirliyi ötən yay əyalətlərin idman idarələrinə göndərdiyi məktublarda ölkədə qadınların bodybuilding ilə məşğul olmasının qadağan edildiyini bildirmişdi.

Exit mobile version