İran

İran hökuməti üç etnik bəluçu casusluq ittihamı ilə həbs edib

İranın İnqilab Keşikçiləri Korpusuna (SEPAH) yaxınlığı ilə tanınan “Fars” xəbər agentliyi ölkənin Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinə (ETTELAAT) istinadən Sistan və Bəluçistan vilayətində İsrailin xeyrinə casusluq edən üç nəfərin həbs olunduğunu yazıb.

Məlumatda həbs olunanların kimliyi haqda heç bir açıqlama verilmədən onların məxfi məlumatların və sənədlərin yayılmasında iştirak etdikləri iddia olunub. İran hökumətinin bu ittihamdan öz siyasi rəqibləri ilə mübarizə aləti kimi istifadə etməsi tarixini nəzərə alsaq və bu ittihamla tutulanlarla bağlı heç bir dəqiq məlumat və fakt göstərilmədiyi üçün bu cür iddialar həmişə şübhə ilə qarşılanıb.

Xatırladaq ki, xüsusilə son illər Sistan və Bəluçistan əyalətində onlarla şəxs silah qaçaqmalçılığı, xarici ölkələrə casusluq və iğtişaş törətməyə cəhd ittihamları ilə həbs və edam olunub. İranın əmniyət orqanları və məhkəmə sistemi həbs olunan şəxslərə qarşı irəli sürdükləri iddialar və ittihamlarla bağlı heç bir fakt göstərməyiblər. İnsan haqları təşkilatları və bəluç fəallar bu ittihamları əsassız hesab edir, bunu İsrailin İranın nüvə və hərbi obyektlərinə zərbələrini cavabsız qoymadıqlarını təlqin etmək cəhdi kimi dəyərləndirirlər.

Related Articles

Bir cavab yazın

Back to top button