İqtisadiyyatİran

İranda buğdanın zəmanətli satışında geniş korrupsiya: hər il 700 min ton tullantı alqı-satqı prosesinə daxil olur

Aznews.tv “Radiozamaneh” saytına istinadən xəbər verir ki, buğdanın zəmanətli alqı-satqısında korrupsiya hallarının geniş yayıldığını deyən İranın Qida Sənayesi Assosiasiyaları Birliyinin sədri hər il 700 min ton qum, torpaq və buğda tullantısı kimi tullantıların satış və çatdırılma prosesinə daxil olduğunu bildirib. Muhəmməd Rza Murtəzəvi bu möhtəkirlikdən yaranan zərərin təxminən bir trilyon tümən dəyərində qiymətləndirib.

“ISNA”nın məlumatına görə, o Əkinçilik Cihadı Nazirliyinin rəsmilərinin ölkədə buğda alqı-satqısı və çatdırılmasında “geniş yayılmış korrupsiya” hallarına laqeyid yanaşmasına münasibət göstərərk, dəllalların torpaq və qum kimi tullantıları buğda ilə qarışdıraraq hökumətə satdıqlarını deyib: “Üç ildir ki, biz Kənd Təsərrüfatı Cihadı nazirinə zəmanətli buğda alış sistemində geniş yayılmış korrupsiyanın olması ilə bağlı xəbərdarlıq edirik, lakin buna etina edilmir”.

Murtəzəvinin sözlərinə görə, bununla hər il büdcədən təxminən bir trilyon tümən “xüsusi ciblərə” gedir.

O bu prosesdə baş verən korrupsiya hallarına görə təəssüflənərək deyib:

“Buğdanın zəmanətli satın alınması sistemində mafiya və geniş yayılmış korrupsiya formalaşıb ki, bununla bağlı Kənd Təsərrüfatı nazirinə dəfələrlə xəbərdarlıq etsək də, ancaq eşitdiyimiz cavab “eybi yox, fermerin cibinə gedir” olub; halbuki, bu hərəkətlərin fermerin işi olmadığından əminik, bu buğdanı fermerdən alıb hökumətə satan brokerlərin işidir. Bir sıra məmurların da bunda əli var”.

 

Aznews.tv

Related Articles

Bir cavab yazın

Back to top button