İdmanİran

İranda bütün idman tədbirlərinin keçirilməsi dayandırıldı

İranda idman klublarının bütün yarışları, məşq və fəaliyyətləri koronavirus səbəbiylə ilin mart ayının 2-i yarısına kimi dayandırılıb.

Bu barədə İran İdmanında Koronavirusla Mübarizə Qərargahı 5 nömrəli bildirişində məlumat verilib. Məlumatda ölkə üzrə bütün idman salonlarının və klublarının müxtəlif yarışlar və liqa oyunlarının, habelə klubların məşqlərinin martın 19-dək dayandırıldığı bildirilib.

“Milli Koronavirusla Mübarizə Qərargahının koronavirusun yayılması ilə bağlı mövcud şəraitin davam etməsi və önləyici tədbirlərin görülməsinin vacibliyinə dair yaydığı məlumatlara əsasən, ölkə üzrə bütün idman proqramları, o cümlədən, futbol liqaları, bütün idman salonları və klublarının məşqləri martın 19-dək dayandırılır. Qeyd etmək lazımdır ki, idman fəaliyyətləri ilə bağlı qərarlar martın sonlarında vəziyyət dəyərləndirildikdən sonra qəbul ediləcək”.

Qeyd edək ki, bundan öncə, İranda müxtəlif futbol liqalarının yarışları koronavirusun yayılması səbəbi ilə dayandırılmışdı.

Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close