Azərbaycanİqtisadiyyat

İranda dəftərxana ləvazimatlarının qiyməti 300 faiz artıb

Aznews.tv “Radiozamaneh” saytına istinadən məktəblərin açılması ərəfəsində dəftərxana ləvazimatları bazarında durğunluq müşahidə olunur. Artan qiymətlər və ailələrin boş cibləri satışların azalmasına səbəb olub. Mehr Xəbər Agentliyi, 8 sentyabr (17 şəhrivər) bazar günü, dəftərxana ləvazimatları satıcılarına istinadən, məktəblərin açılması ərəfəsində dəftərxana ləvazimatlarının satışının 60% azaldığını bildirib.

Dəftərxana ləvazimatlarının satıcısı Mehdi Şərbəti “Mehr” agentliyinə deyib: “Keçən illə müqayisədə qiymətlər üç dəfə artıb, ancaq bir il əvvəllə müqayisədə cəmi 40% satış həyata keçirilib”.

İran KİV-də yer alan məlumatlara görə, keçən il şagirdlər 100 min tümənə dəftərxana ləvazimatları ala bildilərsə, bu il ailələr eyni ləvazimatlar üçün ən azı 300 min tümən xərcləməli olacaqlar.

Dəftərxana ləvazimatları bazırnda çalışan sahibkarlar bahalaşmanın əsas səbəbi kimi kağızın qiymətinin artmasını göstərirlər. Hökumət isə “bazar tənzimləməsi” məqsədilə dövlət qiymətinə dəftərlər paylayıb.

Bu barədə Kitab və Dəftərxana ləvazimatları Birliyinin rəisi Abbasəli Ğəffari deyib: “Kağızın qiyməti 80 min tüməndən 500 min tümənə qədər artıb. Hökumət də bəzi vilayətlərdə dövlət qiymətinə ev tapşırığı dəftərlərini gec paylayıb və satıcılar sərbəst bazardan tələb olunan malları paylayıb və indi də dövlət qiymətinə satılan ev tapşırığı dəftərlərini almağa pulları yoxdur”.

Onun sözlərinə görə, bu da insanların dəftərxana ləvazimatları almasına mane olub.

İnsanlar cibləri bu illər ərzində əvvəlkindən daha çox boşalıb və Statistika Mərkəzinin məlumatına əsasən, büdcə kəsirini doldurmaq üçün təhsil və istirahət xərclərini azaltmağa məcbur olublar.

Statistika Mərkəzinin son hesabatında məişət xərcləri səbətində təhsilin payının iki faizdən də aşağı düşdüyü göstərilir.

 

Aznews.tv

 

Tags
Daha çox göstər

Əlaqədar məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button