İran

İSTİ YEL BUĞDA ZƏMİLƏRİNƏ XƏSARƏT VURDU

Biləsuvarda buğda zəmilərinin yüzdə 80-ı xəsarət alıb.
Bu barədə şəhristanın fərmandarı Həsən Qubadi Əkin Məhsullarının Biməsi Sandığı məsulları ilə keçirilən yığıncaqda bildirib. Onun sözlərinə görə yığım fəslində isti yellərin güclü əsməsi məhsullara ciddi xəsarət yetirib.
Bu şəhristan əkin məhsullarının tolidində başlıca bölgələrdən sayılır. Ölkənin taxıl anbarı kimi tanınır. Amma yaranmış belə vəziyyət əkinçiləri narahat edir.
Dem zəmilərinə dəyən xəsarət Əkin Məhsullarının Biməsi Sandığı tərəfindən yüzdə 50-80 hesablanıb.
Qubadinin sözlərinə görə taxıl yığımı qarşıdakı günlərdə bitəcək. Əkinçilərdən məhsulu taxıl və Kənd İşbirliyi Sazimanı alır. Öngörülərə görə məhsul yığımı yüzdə 50 azalacaq. Buğdalıqlarla yanaşı, başqa əkin məhsullarının da durumu yaxşı deyil.

Related Articles

Bir cavab yazın

Back to top button